Arda İngiltərə yolunda
09.04.2025 , 13:15

“Real”ın gənc futbolçusu Arda Güler yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, ulduz oyunçu ilə “Arsenal”ın maraqlandığı bildirilir.
Premyer Liqa klubunun baş məşqçisi Ardanı komandasında görmək istəyir.
İngiltərə nəhənginin 20 yaşlı yarımmüdafiəçi üçün La Liqa klubuna 30 milyon avroluq rəsmi təklif göndərəcəyi gözlənilir.
Arda bu mövsüm Madrid təmsilçisində 33 matça çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
