“Atletiko Madrid”in türk ulduzu Arda Turan “L’Equipe”nin keçirdiyi ilin ən yaxşı 100 futbolçusu sıralamasında yer alıb.
Korner.az-ın məlumatına görə, Arda Turan top 100-də 66-cı olub.
Arda keçən ay “Guarduian”ın keçirdiyi sorğuda, 38-ci, “Four Four Two”nun sorğusunda isə 50-cı sırada qərarlaşmışdı.
Türkiyəli ulduz UEFA-ın ən yaxşı 11- sıralamasına girə bilmək üçün mübarizəni davam etdirir. Qeyd edək ki, sıralamada Noyer 1-ci, Ronaldo ikinci, Messi isə 3-cü olub.
