Arda Gülerin yeni forma nömrəsi
10.07.2024 , 23:34

“Real Madrid” futbolçuların yeni mövsümdə geyinəcəkləri forma nömrələrini açıqlayıb.
Korner.az xəbər verir ki, Madrid klubunun gənc oyunçusu Arda Gülər bundan sonra “24” deyil, “15” nömrəli formanı geyinəcək.
Daha əvvəl komandada “15” nömrəli formanı geyinən Fede Valverde, Toni Kroos komandadan ayrıldıqdan sonra “8” nömrəni geyinəcək.
İspaniya nəhənginin yeni transferi Kilian Mbappe isə “9” nömrə forma altında çıxış edəcək.
