Arda Güler “Real” – “Yuventus” matçının ən yaxşı futbolçusu seçildi
23.10.2025 , 11:43
Arda Güler UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində keçirilən “Real Madrid” – “Yuventus” oyununda ən yaxşı futbolçu adına layiq görülüb.
Korner.az xəbər verir ki, bu barədə UEFA rəsmi saytında məlumat yayıb.
Türkiyə millisinin 20 yaşlı yarımmüdafiəçisi görüşə start heyətində başlayıb və 74-cü dəqiqədə meydanı tərk edib. O, 71 ötürmənin 69-da dəqiqlik nümayiş etdirib.
Xatırladaq ki, qarşılaşma “Real Madrid”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaya qələbə qazandıran qolu 57-ci dəqiqədə Cud Bellinqem vurub.