Arda Gülər yenidən zədələndi
26.09.2023 , 20:51

Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Gülər yenidən zədələnib.
Korner.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müayinələrdən sonra 18 yaşlı yarımmüdafiəçinin sol bud əzələsində zədə aşkarlanıb və üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
