“Barselona”nın yeni transferi Arda Turan sabiq komandası “Atletiko” haqda danışıb.
Korner.az-ın məlumatına görə, türkiyəli futbolçu klubun rəsmi saytına açıqlamasında “Atletiko”nun daim qəlbində yaşayacağını bildirib:
“Atletiko”da gözəl 4 il keçirdim. Komandada xüsusi anlarım oldu. Futbolçu yoldaşlarım, azarkeşlər, klubdakı hər kəsi heç vaxt unutmayacam. Hər kəsə təşəkkür edirəm. Bu andan etibarən “Atletiko” daim qəlbimdə yaşayacaq”.
