Arda ən yaxşı seçildi
24.12.2024 , 09:30
İspaniya La Liqasında U-23 oyunçular arasında dekabr ayının ən yaxşısı məlum olub.
Korner.az xəbər verir ki, bu, “Real”ın gənc futbolçusu Arda Gülerdir.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı türkiyəli yarımmüdafiəçi dekabrda Madrid təmsilçisinin heyətində 5 oyunda iştirak edərək 1 qol vurub və 2 qolun ötürməsini edib.