Bu gün futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinə start veriləcək.
Korner.az-ın məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Araz” Slovakiyanın “Slov-Matik” klubu ilə qarşılaşacaq.
B qrupunda mübarizə aparacaq komandamızın rəqibləri “Slov-Matik” (Slovakiya), “Xrudim” (Çexiya) və “Dina” (Rusiya) klubları olacaq. Bu qrupun oyunları Çexiyada keçiriləcək.
18 noyabr
Futzal UEFA kuboku, elit-raund
18:30. “Araz” (Azərbaycan) – “Slov-Matik” (Slovakiya)
“CEZ Arena”
