Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan Naxçıvan təmsilçisi “Araz” bu gün növbəti yoxlama matçında “Rize Kalkanderespor” komandası ilə üz-üzə gəlib.
Korner.az-a klubdan verilən məlumata görə, ilk dəqiqələrdən hücuma atılan təmsilçimiz 3-cü dəqiqədə hesabı açıb.
Əlimirzə Daşzərini 35 metrdən vurduğu mükəmməl qolla fərqlənib. Matçın 37-ci dəqiqəsində Əlimirzə komandasın və özünün ikinci qoluna imza atıb. Futbolçu sərrastlığını bu dəfə də uzaq məsafədən – 25 metrdən nümayiş etdirib. Əsgər Abdullayevin yetirmələri fasiləyə üstün yollanıb. İkinci hissədə qapılara qol vurulmadığından oyun Naxçıvan klubunun
0:2 qələbəsiylə başa çatıb.
Qeyd edək ki, “Araz” avqustun 27-də keçirdiyi ilk yoldaşlıq görüşündə “Yakutiyasporu”a da 2:0 hesabı ilə qalib gəlmişdi.
