Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkatması keçirilib.
Korner.az-ın məlumatına görə, təmsilçimiz “Araz”ın da rəqibləri müəyyənləşib.
Püşkün nəticəsinə əsasən “Araz” ISK Dina Moskva (Rusiya), Slov-Matic Bratislava (Slovakiya), FK EP Chrudim (Çexiya) komandaları ilə B qrupunda mübarizə aparacaq. Bu qrupun oyunları Çexiyada təşkil olunacaq.
Qeyd edək ki, “Araz” hazırda futzal klublarının UEFA reytinq siyahısında İspaniyanın “Barselona” və Qazaxıstanın “Kayrat” klubundan sonra 3-cü pillədə qərarlaşıb.
