big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Araz”ın qocaman azarkeşi: ” Araz” 3 ardıcıl qələbə qazansın, quzu kababı qonaqlığı hazırdı” (MÜSAHİBƏ)

23.08.2013 , 19:34

“Araz”ın 63 yaşlı azarkeşi Əli Əliyevin klubun rəsmi facebook səhifəsinə müsahibəsi.

– Əli müəllim, "ARAZ"ın rəsmi facebook səhifəsində ən fəal istifadəçilərdənsiniz. 63 yaşınızın olmasına baxmayaraq, çox gənc ruhlu birinə bənzəyirsiz. Ona görə gəlin ilk olaraq sizi tanıyaq, Əli Əliyev kimdir?
– Şərurun Düdəngə kəndində doğulmuşam. Hazırda Şərur şəhərində yaşayıram. İxtisasca elektrotexnika mühədisiyəm. Şərur rayon rabitə idarəsində işləyirəm. Qanımla, canımla vətənimə bağlı bir insanam. Övladımın biri Azərbaycanımızın müstəqilliyi uğrunda şəhid olub.

– Bildiyimiz kimi, 13 ildən sonra Naxçıvan böyük futbola qovuşdu. Muxtar Respublika rəhbərliyinin birbaşa nəzarəti və səyi nəticəsində “Araz” geri döndü. Bu xəbəri  necə qarşıladız?
– Tam səmimi deyim ki, bu xəbəri eşidəndə sevincimin həddi-hüdudu yox idi. Gəlin razılaşaq ki, Naxçıvanın özünəməxsus futbol ənənələri olub. Artıq qısa bir müddətdən sonra “Araz” birinci divizonda mübarizəyə başlayır. Uzun, çətin və məsuliyyətli bir mübarizə gözləyir komandamızı.

– Siz “Araz”ın köhnə azarkeşlərindənsiniz. Bəlkə tarixi bir az vərəqləyək?
– Keçmişə qayıtmaq bir az kövrəldir məni. Əhməd Ələsgərovun “Araz”ın baş məşqçsi olduğu dönəmdə maşın karvanı ilə Naxçıvan şəhərinə – komandamızın oyununa gedərdik. O vaxtkı heyətdən Bəxtiyar Qulamovu, bu gün “Neftçi” prezidentinin müşaviri təyin olunan Böyükağa Hacıyevi xatırlayıram.

– “Araz” titullu bir məşqçiyə – Əsgər Abdullayevə həvalə olunub. Necə düşünürsünüz, Əsgər müəllim seçimi "Araz" üçün düzgün variant idimi?
– Əsgər Abdullayevi “Neftçi”də oynayandan tanıyıram. Ağıllı müdafiəçi idi. İndinin özündə isə yaxşı futbol mütəxəssisidir. Düzgün seçimdir. Şəxsən bir azarkeş kimi mən bu seçimi alqışlayıram. Həmçinin Əsgər müəllim haqqında bir insan kimi də xoş sözlər söyləmək mümkündür.

– Əli müəllim, səhifəmizdə ən çox təriflədiyiniz futbolçulardan biri də Rəşad Heydərovdur. Niyə məhz Rəşad?
– Rəşadı uşaqlığından tanıyıram. Onun futbola ilk gəldiyi günləri də xatırlayıram. Bəlkə də “Araz”ın səhifəsində Rəşad haqqında yazdıqlarımdan bu qənaətə gəlmisiniz ki, ən çox onu tərifləyirəm. Amma o həqiqətən də yaxşı qapıçıdır. Sadəcə ona inanmaq lazımdır. “Araz”da oynayan hər bir futbolçu mənim öz balamdır.
Diqqətinizə çatdırım ki, Şərurda futbolçuların yetişməsində Oruc müəllimin əməyi çoxdur. Bu gün o, Əsgər Abdullayevin köməksidirsə, bu bizim üçün sevindiricidir. Bu gün “Neftçi”dəki Mirhüseyn Seyidovu meydanda görəndə sevinirəm ki, Naxçıvan torpağı Azərbaycan futbolu üçün futbolçu yetişdirə bilib.

– “Araz”ı qarşıda uzun bir marofon gözləyir. Necə düşünürsünüz, komandamız bu il azarkeşlərini sevindirə biləcəkmi?
– Gəlin unutmayaq ki, bu gün “Araz”ın Əsgər Abdullayev kimi baş məşqçisi var. Heç nədən ortaya nəticə qoymağı bacaran məşqçidi. Həmçinin komandanın üzünü ağardan onun oyunçularıdı. Mən Əsgər Abdullayevin formalaşdırdığı heyətə inanıram, güvənirəm. Naxçıvan şəhər stadionunda içimdən var gücümlə “Araz” hayqırmaq istəyirəm və o günü səbirsizliklə gözləyirəm. “Araz” zirvələr fəth edəcək və qələbələri sıralayacaq. Bundan ən çox pay isə biz azarkeşlərə düşəcək.

– Əli müəllim, yarızarafat, yarıgerçək bir sualım var. Bu həm də sizə ünvanlanan sonuncu sualımdır. “ARAZ”ın rəsmi faceboook səhifənizdə rəylər yazarkən çox vaxt futbolçularımıza quzu kababı qonaqlığı söz verirsiz. O kababı yemək nə vaxt qismətimiz olacaq?
– Söz vermişəmsə, sözümün ağasıyam. “Araz” 3 ardıcıl qələbəni sıralasın, quzu kababı qonaqlığı hazırdı.

Son yazılar

To Top