big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Araz”ın “müşkül”ü idman mediamızın gözü ilə… (SORĞU)

10.07.2013 , 19:22

 

Xəbər verdiyimiz kimi yeni mövsümdən birinci divizionda mübarizə aparması gözlənilən Naxçıvanın “Araz” klubunun lisenziya məsələsi bir az “müşkülə düşüb”. Belə ki, “Araz”ın lisenziya ala bilməməsi bir neçə gündü idman mediamızın əsas müzakirə mövzularından biri olaraq qalır. Bu məsələ ilə bağlı idman yazarlarının fikirlərini öyrənməyə çalışdıq.
 
Ceyhun Məmmədov (“KomandA” qəzeti): “Uzun müddətdən sonra “Araz”ın bərpası AFFA rəhbərliyinin, eləcə də futbol ictimaiyyətinin ürəyincə olmalı idi. Ancaq baş verən hadisələrdən sonra görünən odu ki, Naxçıvanda yenidən futbolun təşəkkül tapmasını çoxları istəmir. Xüsusilə də, maliyyə və infrastruktur baxımından əziyyət çəkən klublarımız. Bu komandalara heç bir şəraiti olmadan birinci divizionda oynamaq üçün lisenziya verilir (burda bəzi maraqlar mühüm rol oynayır), amma “Araz”ın bu məsələdə işinə əngəl törədilir. Reallığa baxsaq, bu birinci dəstədə mübarizə aparan komandaların fikri deyil. Onlara göstəriş “yuxarı”dan gəlir və onlar da “çalınan havaya oynayırlar”. İstər Elxan Məmmədov, istərsə də Ramin Musayevin himayəsində olan bu komandalar əvvəlcə müstəqil olmağı bacarsınlar, sonra Naxçıvana gedib-getməmələri barədə fikir bildirərlər. Qısası, “Araz”ın birinci divizionda mübarizə aparmasını istəməyən futbol qurumu bu qərarla dövlət başçısının imzaladığı və regionlarda futbolun inkişafını sürətləndirən strategiyaya qarşı çıxır. Artıq siyasi müstəviyə çıxan bu məsələyə aydınlıq gətirilməlidi. Qarşıdakı 2-3 gün ərzində lisenziya söhbəti öz həllini tapmasa, Azərbaycan futbolunda daha böyük ajiotaj yaranacaq”.
 
Ceyhun Əliyev (“Gündəlik Teleqraf” qəzeti): “Birinci dəstə klublarının Naxçıvana gedə bilməməsi bu anlama gəlir ki, "Araz" milyonçuların klubudu və azı 10 dəfə səfərə çıxmaq imkanı var. Bir halda ki, Naxçıvan təmsilçisi belə imkanlıdır, təklif edərdim, PFL "ənənələri"nə sadiq qalaraq, "Araz"ı birdəfəlik Premyer Liqaya buraxsın: belədə, "bir gülləylə iki dovşan" vurmuş olar Ramin Musayev. Axı həm birinci dəstə təmsilçiləri rahat nəfəs alar və artıq xərcdən qurtularlar, həm də elitada "Araz"a yer verməklə, komandaya qarşı kin-küdurətinin olmadığını göstərə bilər.
Yox, əgər PFL komandanı bir başa güclülər dəstəsinə buraxılmağının Əsasnaməyə zidd olduğunu önə çəkəcəksə, onda "Sumqayıt" və buna bənzər nümunələri yada salmaq gərəkir.
Hər halda inanmıram ki, "Araz"a lisenziya verilməsin. Çünki istənilən sənədləşmə prosedurunda qanuna söykənilməlidir. Zənnimcə, Əsasnamədə belə bir bənd yoxdur ki, hansısa bölgənin komandası paytaxtdan filan qədər kilometr aralıda yerləşirsə, birinci dəstədə oynamaq hüququndan məhrum edilir”.
 
Kənan Məstəliyev (Rekord.az saytının redaktoru): “Əminəm ki, "Araz" gələn il rahatlıqla I divizionda oynayacaq. Federasiyada oturanlar ağılsız insanlar deyillər. Hər şeyi yaxşı başa düşürlər. AFFA lisenziya məsələsində yol uzaqlığı, getməyin çətinliyi və başqa bu kimi absurd fikirləri əsas tutub "Araz"a “yox” deyə bilməz. Buna, ruslar demiş, "duxu" çatmaz. Çünki bu qərarı vermək birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaq, dövlətin yeritdiyi siyasətin əksinə getmək demək olacaq. O klublar ki "Naxçıvana gedə bilmirik" deyirlər, onların rəhbərlikləri xüsusi nəzarətə götürülməlidi. Necə yəni Naxçıvana gedə bilmirik? Qazaxa, Lənkərana, Qusara gedə bilirsiz, ora yox? Bunların hamısı bəhanədi. Ona qalsa, "Araz"da eyni yolu qət etməli olacaq. Bəs onlar neyləməlidi? Kim Naxçıvana getməyəcəksə, texniki məğlubiyyət alsın. Qurtardı getdi. AFFA bu işdə diqqətli olmalıdı. Qanun öncül xarakter daşımalıdı. Lisenziyanın verilməməsi Naxçıvanda futbolun ölümünə çalışmaq deməkdi. Bu isə xalqa qarşı çıxmaq, ona xəyanət deməkdi. Diqqətli olsunlar”.
 
Rufət Nadirli (Sportarena.az saytının baş redaktoru): “Mən "Araz"ın I divizonda çıxış etməsi xəbərini eşidəndə həqiqətən çox sevindim. O kluba hazırda yaxşı diqqət var. Çox şükürlər olsun ki klub öz fəaliyyətini yenidən bərpa etdi. Blokadada olan Naxçıvan futbolsevərləri üçün böyük bir bayramdır. Amma komandaya lisenziya verilməsi məsələsinin gecikməsi və bu kimi xırda problemlərin yaranmasını arzu etməzdim. İstərdim ki, kluba lisenziya verilsin və "Araz" öz layiqli oyunları ilə bizləri sevindirsin. Bol şanslar arzulayıram”.
 
Səbuhi Nərimanoğlu (“Futbol+” qəzetinin müxbiri): "Araz"ın futbol ənənəsinin olması hamımıza məlumdu. Yəni, komanda hələ SSRİ dönəmində aşağı dəstədə çıxış edirdi. Sonradan bu bölgəmizin futbolsuz qalması – söhbət böyük futboldan gedir – şübhəsiz ki, Naxçıvana öz təsirini göstərdi. Bildiyim qədər, hazırda orada daxili çempionat gedir və xeyli istedadlı futbolçular var. Ona görə də AFFA-nın "Araz"a lisenziya vermək istəməməsini mən də çoxları kimi birmənalı qarşılamıram. Nəyə görə verməməlidi? Bəzi birinci dəstə komandalarının pulları yoxdu deyə? Əslində, gülməli bir şeydi. Fikrimcə, özünü peşəkar hesab edən klub üçün mövsümboyu bircə dəfə Naxçıvana gedib gəlmək o qədər də ciddi problemə çevrilməməlidi. Belədisə onda həmin klubun birinci dəstədə iştirak etməsi belə gülməlidi. Düzdü onsuz da birinci dəstə çempionatı faktiki formal xarakter daşıyır. Bir neçə klubu çıxmaq şərtilə qalanları sadəcə oyunları "yola verir". Bu mənada onların artıq xərcə düşüb Naxçıvana getmək istəməməsi anlaşılandı. Amma bu o demək deyil ki, Naxçıvan futbolsuz qalmalıdı. Özü də bildiyimə görə, "Araz" iddialı olacaq və çempionluğa oynayacaq. Bu da futbol adına çox gözəl bir fikirdi. Ona görə də çempionata cavabdehlik daşıyan qurum zəhmət çəksin, problemi yoluna qoysun".
 
Rüstəm Piriyev (extratime.az saytının baş redaktoru): “AFFA-nın lisenziyalaşdırma məsələləri üzrə komitəsi artıq bir sira klubların Premyer Liqaya yolunu kəsib və son illər ərzində özunə qarşı mənfi rəy formalaşdırmağa nail olub. Düzdü, onlar qayda-qanunla, UEFA-nın müvafiq əsasnaməsinə uyğun hərəkət edib, öz qərarlarını hər zaman aydınlaşdırmağa cəhd edirlər. Bu mənada onların qeyri-qanuni qərar verdiyini söyləmək olmaz. Amma futbolumuzun regionlarda da inkişafını istəyən qurum artiq iki ildir lisenziyalaşdırmadan keçə bilməyən “Qaradağ-Lökbatan”, “Ağsu”, “Neftçala” və s. klublarımıza məsləhət, kömək, dəstək verməyə borclu idi. Qeyri-rəsmi olsa belə, AFFA birinci dəstə klublarına lisenziyalaşdırma məsələlərində kömək edə bilərdi. Bunu etmirlərsə, deməli qismət belə imiş.
Naxçıvan "Araz"ının birinci dəstəyə buraxılmaması, fikrimcə, yaxşı hal deyil. Bu regionun təmsilçisinin illər sonra yenidən Azərbaycan çempionatına qayıtmaq istəyini yalnız alqışlamaq lazımdı. Digər komandalardan fərqli olaraq, “Araz”ın həm öz stadionu, həm də təlim-məşq bazası var. Və klub rəhbərliyinin birinci dəstədə oynamaq arzusunu gözündə qoymaq insafsızlıq olardı. Klublar Naxçıvana gəlməyə pul tapmırlar? İnanmıram ki, “Ağsu”, “Qaradağ-Lökbatan”, “Neftçala” kimi klubların bu mənada hər hansı bir problemi yaransın. Digər komandalara gəldikdə isə ölkə futbolunun inkişafı naminə AFFA bəzi klubların gediş-gəliş xərclərini öz üzərinə də göturə bilər. Fikrimcə, bu məsələdə futbol Assosiasiyamızın maliyyə cəhətdən problemi yaranmaz”.
 
EMİN

Son yazılar

To Top