Arazın komandasından qələbə
06.12.2020 , 13:15

Türkiyə I Liqasında XII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin formasını geyindiyi “Boluspor” doğma meydanda “Altay”a qalib gəlib – 1:0.
Araz da bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana daxil olub.
“Boluspor” hazırda 10 xalla 18 komanda arasında 16-cıdı.
