Arazın komandasından məğlubiyyət
14.12.2020 , 17:44

Türkiyə I Liqasında XIII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin çıxış etdiyi “Boluspor” doğma meydanda “Bandırmaspor”a uduzub – 0:1.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
“Boluspor” hazırda 13 xalla 18 kollektiv arasında 14-cüdü.
