Arazın komandası səfərdə uduzdu
25.01.2021 , 16:56
Türkiyə I Liqasında XVIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin formasını geyindiyi “Boluspor” səfərdə “Keçiörengücü”yə uduzub – 0:2.
Araz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Boluspor” hazırda 19 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.