Arazın komandası səfərdə məğlub oldu
21.12.2020 , 21:43

Türkiyə I Liqasında XV turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor” səfərdə “Samsunspor”a uduzub – 1:0.
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, hazırda “Boluspor” 13 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.
