Arazın komandası 4 qola üzüldü
15.04.2021 , 17:53
Türkiyə I Liqasında XXX turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” doğma meydanda “Umraniyspor”a 1:4 hesabı ilə məğlub olub.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Boluspor” hazırda 35 xalla 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.