“Araz”ın Çempionlar Liqasındakı rəqibləri bilindi
07.07.2021 , 17:45

Bu gün UEFA Çempionlar Liqasının 2021/22-ci il mövsümünün ilkin mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz “Araz-Naxçıvan” F qrupunda yer alıb. Joze Alesionun başçılıq etdiyi komanda “Kampuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllütariq) klubları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 20-dən 25-dək Latviyada keçiriləcək.
Qeyd edək ki, reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.
