Arazın əvəzedici komandaya göndərilməsinin səbəbi
23.02.2019 , 18:58

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əsas komandasının futbolçusu Araz Abdullayev əvəzedici komandaya göndərilməsinin səbəbini açıqlayıb.
Topaz Premyer Liqasının 18-ci turunda “Sabah”la matçdan (1:1) sonra “CBC Sport”a bununla bağlı da danışan 46 yaşlı mütəxəssis deyib:
“Abdullayevin son zamanlar performansından razı deyildik. Hazırlıq səviyyəsi bizi qane etmirdi. Ona görə də qərara gəldik ki, əvəzedici heyətə göndərək”.
Qeyd edək ki, millimizin üzvü birinci divizionun 16-cı turunda “Şüvəlan”la səfər oyununda (3:1) iştirak edib.
