“Araz”dan qələbə
25.12.2019 , 17:20

Futzal üzrə Yüksək Liqada 14-cü tura start verilib.
Korner.az xəbər verir ki, bu gün turun bir oyunu baş tutub.
Lider “Araz” “Premier”lə qarşılaşıb. Qubadakı ADİU-nun İdman Kompleksində keçirilən görüşdə “Araz” 9:6 hesablı qələbə qazanıb.
Turun digər oyunları isə sabah keçiriləcək.
Yüksək Liqa, 14-cü tur
25 dekabr
“Premier” (Quba) – “Araz” – 6:9
Qol: Firudin Ağalarov, 05:08. Ağaseyid Qasımov, 18:58. Vüqar Asalıyev, 22:55; 39:00. Sabir Əlişan, 28:53; 31:28 – İsa Atayev, 02:10; 03:10; 19:40. Xətai Bağırov, 04:24; 07:32; 26:58. Nihad İsmayılov, 16:49. Murilo Borges Souza, 27:07. Hadi Ahmadi, 34:09.
