“Araz”dan növbəti transfer
07.09.2019 , 17:36

“Araz” futzal klubu növbəti transferini həyata keçirib.
Korner.az xəbər verir ki, Naxçıvan təmsilçisi Braziliyanın “Alaf” komandasından Borges Souza Murilonu heyətinə cəlb edib.
Artıq kollektivlə birgə məşq edən braziliyalı müdafiəçi mövsümün sonuna qədər “Araz”ın formasını geyinəcək.
