“Araz”dan darmadağın
21.08.2021 , 17:40

Bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, Cəbəllütariq çempionu ilə qarşılaşıb. Latviyanın Salasplis şəhərində keçirilmiş matçda “Araz-Naxçıvan” qələbə qazanıb.
21 avqust
“Araz-Naxçıvan” (Azərbaycan) – “Europa” (Cəbəllütariq) – 9:2
Qollar: Diaz Qalyeqo, 4:13 (avtoqol), Rodriges, 5:07, 29:57, 39:11, Şocaei, 8:08, Bağırov, 10:52, Pereyra Qonçalves Dos Santos, 20:07, 38:58, Atayev, 27:13 – Diaz, 33:54, 34:22
