Araz “Zirə”də debüt etdi
03.04.2024 , 21:00

“Zirə”nin yeni transferi Araz Abdullayev Bakı təmsilçisində bu gün debüt edib.
Korner.az xəbər verir ki, futbolçu Azərbaycan kubokunun yarımfinalında “Qəbələ”yə qarşı ilk matçın 82-ci dəqiqəsində meydana daxil olub.
31 yaşlı yarımmüdafiəçi Ceyhun Nuriyevi əvəzləyib.
Xatırladaq ki, Araz ötən ay “Zirə”yə keçib.
