Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində təmsilçimiz "Araz" bu gün ilk oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, futzalçılarımız Sloveniyanın Lasko şəhərindəki "Tri Lilije" idman kompleksində "Litiya" (Sloveniya) klubu ilə qarşılaşacaqlar.
Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
