Ölkə futbolu

Araz “Qarabağ”da forma nömrəsini seçdi

03.09.2018 , 17:15

“Qarabağ”ın yeni transferi Araz Abdullayevin Ağdam klubunda geyinəcəyi forma nömrəsi bəlli olub.
Klubun rəsmi “Feysbuk” səhifəsinin yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi yeni komandasında 9 nömrəli formayla mübarizə aparacaq.
Qeyd edək ki, müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsus olan Araz qarşıdakı 2 mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

Son yazılar

Yuxarı