Araz qələbəni kənardan izlədi
27.11.2021 , 15:58

Kipr çempionatında XI tura start verilib.
Korner.az xəbər verir ki, Araz Abdullayevin çıxış etdiyi “Etnikos” bu turda Nikosiya “Olimpiakos”u ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Bu, komandanın mövsümdə ilk qələbəsi olub.
Araz bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.
“Etnikos” hazırda 5 xalla 12 komanda arasında sonuncu pillədə qərarlaşıb.
