“Araz” Portuqaliya çempionuna uduzdu
10.10.2019 , 21:41
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi davam edir.
Korner.az xəbər verir ki, “Araz” bu gün ikinci oyununu keçirib.
Komandamız bu dəfə Portuqaliya çempionu “Benfika” ilə qarşılaşıb və böyük hesabla məğlub olub – 0:7
Çempionlar Liqası
Əsas mərhələ
10 oktyabr
“Araz” – “Benfika” 0:7
Qollar: A.Koelyo, 01:57. N.İsmayılov, 05:39-öz qapısına. Fits, 07:33; 35:20. Çaqinya, 31:13; 31:49. Tyago Brito, 34:20.
Hakimlər: Damian Yaruçeviçs (Polşa), Moşe Bohbot (İsrail), Nikola Yeliç (Xorvatiya)
Halle şəhəri. De Bres Arena.
Araz: 12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 19. Vladislav Reznov (q), 8. Rizvan Fərzəliyev (k), 10. Nihad İsmayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.
Benfika: 15. Dieqo Roncagilo (q), 2. Çaqinya, 4. Andre Koelyo, 10. Robinyo, 18. Fernandinyo, 12. Andre Souza (q), 3. Jesus, 5. Fabio Cecilyo, 6. Tyaqo Brito, 7. Bruno Koelyo (k), 8. Rafael Henmi, 17. Fernando, 19. Fits.
Baş məşqçi: Joel Roşa.