Futbol

Araz oynadı, komandası səfərdə xal qazandı

25.09.2021 , 12:27

Kipr çempionatında IV turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, Araz Abdullayevin də çıxış etdiyi “Etnikos” səfərdə “Doxa” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

Abdullayev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib.

“Etnikos” hazırda 1 xalla 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı