Kipr çempionatında 8-ci turun oyunları davam edir. Milli komandamızın üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” səfərdə “Etnikos”la qarşılaşıb .
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start heyətində başlayan Araz 71-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 8 oyundan sonra aktivində 18 xal olan “Anortosis” turnir cədvəlinə liderlik edir.
