Araz oynadı, komandası məğlub oldu
12.09.2021 , 12:23

Kipr çempionatında 2-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin də çıxış etdiyi “Etnikos” doğma meydanda “Paeek” ilə qarşılaşıb və oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Araz da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Etnikos” hazırda 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
