“Araz Naxçıvan”lı repetitorla şagirdlərinin futbol sevgisi – VİDEO
20.10.2022 , 12:47

Azərbaycanın futbol üzrə I Divizionunun VIII turu çərçivəsində keçirilmiş “Qəbələ-2” – “Araz Naxçıvan” matçı yayımlanarkən maraqlı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə oyunun keçirildiyi saatda Naxçıvanda repetitor yanında olan məktəbli uşaqlar azarkeşlik etdikləri komandanın vurduğu qolu müəllimələri Şəlalə xanımın noutbukunda canlı yayımda izləyiblər.
Məktəblilərin Orxan Əliyevin 70-ci dəqiqədə vurduğu qola reaksiyasını klubun Media və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Tahiroviç sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə bitib. “Araz Naxçıvan” 22 xalla turnir cədvəlinə başçılıq edir.
