“Araz-Naxçıvan”ın zədəlisindən xəbər var
03.04.2024 , 15:10

Misli Premyer Liqasının 29-cu turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli olduğuna görə son 2 matçda iştirak etməyən İqor Ribeyro komanda ilə məşqlərə qoşulub.
Müdafiəçinin Gəncə təmsilçisi ilə matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq. “Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən Aksel Nqandonun müalicəsi isə davam edir.
Qeyd edək ki, aprelin 5-də keçiriləcək “Araz-Naxçıvan” – “Kəpəz” oyunu saat 20:00-da başlayacaq.
