“Araz-Naxçıvan”ın zədəlisi məşqlərə başladı
28.11.2024 , 13:30
“Araz-Naxçıvan” Misli Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”a qarşı keçirəcəyi oyunun hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, taktiki planda təmrinlər yerinə yetirən komandada zədəlilər də məşqlərə başlayıb.
Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından Karlos Jatoba da fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir. Jatoba bu ilin avqust ayında axill tendon nahiyəsindən əməliyyat olunmuşdu.