I divizonda mübarizə aparan “Araz Naxçıvan” klubunun rəsmi fan-klubu bu gündən fəaliyyətə başlayıb. Fan-klub “ultrAraz” adı ilə azarkeşləri ətrafında cəmləyəcək.
Qadir Məmmədli adlı azarkeş isə “ultrAraz”ın rəhbəri seçilib. Gənc fan-klub rəhbəri fikirlərini bizimlə bölüşüb: “Artıq bu gündən rəsmi fəaliyyətə başladıq. 8 nəfərdən ibarət idarə heyətimizi formalaşdırdıq. Bu gün yaranmağımıza baxmayaraq 60-dan çox müraciət etmiş azarkeşlərimiz fan-kluba üzv qəbul olunub. Artıq “Xəmsə” fan-klubunun rəhbəri Adil Məmmədov bizə təbrik ünvanlayıb. Çalışacağıq ki, bütün komandaların fan-klubları ilə əlaqə yaradaq. Biz 90 dəqiqəlik oyun zamanı rəqibik. Naxçıvana təşrif buyuracaq fan-klubları da burda çox hörmətlə qarşılayıb, xoş xatirələrlə yola salacağıq. Hələ ki, fəaliyyətimiz Naxçıvan şəhərini əhatə etsə də, qısa zaman ərzində fəaliyyətimizi genişləndirmək niyyətindəyik”.