“Araz-Naxçıvan”ın “Səbail”lə matçının vaxtı məlum oldu
10.01.2025 , 17:55
“Araz-Naxçıvan”ın “Səbail”lə yoxlama oyununun məkanı və vaxtı açıqlanıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb
Yanvarın 11-də “Azersun Arena”da keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq. Oyun azarkeşlər və jurnalistlər üçün qapalı olacaq