Futbol üzrə Azərbaycan Superkubokunun Naxçıvanda keçirilməsinə "Araz-Naxçıvan"ın meneceri Tahir Əliyev də münasibət bildirib.
Korner.az-ın məlumatrına görə, klub rəsmisi deyib ki, PFL-i bu qərarı verməyə sövq edən amillər var.
"İştirak etdiyim ölkə kubokunun püşkatma mərasimində Ramin Musayev Superkubokun Naxçıvanda oynanılacağını elan etmişdi. Təbii ki, sevindirici haldır. Ola bilər ki, PFL stadionumuzun və bazamızın normal olmasına görə belə addım atıb. Amma mənim fikrimcə, ən əsası, "Araz-Naxçıvan" komandasının uğurlu çıxışı bu qərarı çıxarmağa stimul verdi. Belə baxanda o qədər baza və stadionu əla vəziyyətdə olan şəhərlər var ki. Məncə, bu həm də "Araz -Naxçıvan" komandasının uğurudur. Bizim komanda hələ çox belə maraqlı və beynəlxalq oyunları Naxçıvana gətirəcək", – deyə Tahir Əliyev bildirib.