“Araz-Naxçıvan”ın “Kayrat”la oyunu ləğv edildi
22.10.2022 , 16:13

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın Qazaxıstan “Kayrat”ı ilə keçirməli olduğu 2-ci yoldaşlıq oyunu ləğv olunub.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bu qərar hər iki komandanın baş məşqçisinin istəyi ilə qəbul edilib.
