“Araz Naxçıvan”ın Premyer Liqada iştirakını dayandırması Türkiyə mətbuatında da yer alıb.
Korner.az-ın məlumatına görə, “Hürriyyət” qəzeti Naxçıvan klubunun hakimlərdən şikayətçi olduğu üçün fəaliyyətini dayandırdığını yazıb.
Qəzetdə yer alan xəbərdə klubun son bəyanatəndan sitatlar da verilib. Qəzet 1967-ci ildə yaradılan “Araz Naxçıvan”ın 2001-ci ildə fəaliyyətinin dayandırdığını və ötən il bərpa olunduğunu da qeyd edib.
