“Araz-Naxçıvan”ın ÇL-dəki ilk iki oyunu bu kanalda
15.08.2023 , 17:42

UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək Azərbaycan çempionu “Araz-Naxçıvan”ın ilk 2 oyunu CBC Sportla canlı yayımlanacaq.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının saytı məlumat yayıb.
Təmsilçimiz avqustun 23-də Türkiyə çempionu “İstanbul Şişli”, ertəsi gün isə Almaniyanın “Yan Regensburq” klubu ilə qarşılaşacaq.
Hər iki oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
