Bu mövsümdən Birinci divizonda mübarizəyə qatılan və turnir cədvəlinə başçılıq edən “Araz-Naxçıvan”ın Bakıda “Nəqşicahan” fan-klubu təsis olunub.
Korner.az-ın məlumatına görə, Bakıdakı “Araz-Naxçıvan”lıları öz ətrafında cəmləyəcək fan-klubun artıq İdarə Heyəti formalaşdırılıb.
Maraqlısı odur ki, 8 nəfərlik İdarə Heyətində təmsil olunan Yanuş Romanenko qeyri – millətin nümayəndəsidir.
Fan-kluba edilən 20-dən çox müraciətlərə baxılıb. “Nəqşicahan” fan-klubundan Korner.az saytına verilən məlumat görə, fan-klub ilk olaraq təşkilati işlərə daha çox yer ayırıb.
Bəzi təşkilati məsələlər öz həllini tapdıqdan sonra bu barədə Bakıdakı “Araz-Naxçıvan”lılar məlumatlandırılacaq.
