“Araz-Naxçıvan”dan yeni transfer
03.08.2023 , 11:55

Sabah Premyer Liqada ilk oyununa çıxacaq “Araz-Naxçıvan” transfer çalışmalarını da davam etdirir.
Korner.az xəbər verir ki, sözügedən klub bu gün daha bir legionerlə müqavilə imzalayıb.
İqor Ribeyro 1 il ərzində “Araz-Naxçıvan”ın formasını geyinəcək. Braziliyalı mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay “Takuari”si olub. 26 yaşlı futbolçu buna qədər vətənində “Qama”, “Bandeyrante” və “Seylandiya” komandalarının heyətində çıxış edib.
