“Araz-Naxçıvan”dan yeni transfer
24.07.2023 , 18:22

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” klubunun yetirməsi olan Zamiq Əliyev qarşıdakı bir il ərzində Naxçıvan təmsilçisinin formasını geyinəcək.
Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən 22 yaşlı mərkəz müdafiəçisi müxtəlif illərdə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də heyətində yer alıb. Bu gün tibbi müayinədən keçən müdafiəçi “Araz-Naxçıvan”ın Qəbələdəki toplanışına qoşulacaq.
