“Araz-Naxçıvan”dan uğursuz start
26.10.2022 , 22:51

“Araz-Naxçıvan” bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, komanda 5-ci qrupdakı ilk oyunda İsveç “Orebro”su ilə qarşılaşıb.
Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçirilən görüş təmsilçimizin 2:5 hesablı məğlubiyyəti ilə bitib.
26 oktyabr
Çempionlar Liqası
Əsas mərhələ, 1-ci tur
“Araz-Naxçıvan” (Azərbaycan) – “Orebro” (İsveç) – 2:5
Qollar: Vitinyo, 26. Ramiz Çovdarov, 35 – Diaş Alveş, 19; 37; 39. Rodriges, 24. Joze Adalberto, 26
Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukaş Peşko (Slovakiya), Yan Kresta (Çexiya)
Mostar, “Mithad Hujdur Hujka Arena”
