“Araz Naxçıvan”dan məğlubiyyət
16.05.2023 , 19:37
Azərbaycanın 1-ci divizionunda XXXIV tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 5 görüş keçirilib.
Oyunlarda qeydə alınan nəticələri təqdim edirik:
16 may
“Qarabağ-2” – “Turan Tovuz-2” – 1:3
Qol: Seyxan Fərəcov, 63 – Rəşad Əliyev, 28. Ramin Süleymanov, 42. Famil Camalov, 90+2.
“Zaqatala” – “Qəbələ-2” – 2:2
Qol: Bəhruz Teymurov, 34-pen. Cavid Həşimov, 86 – Mehrac Baxışlı, 11. Rauf Məhərrəmov, 18.
“Neftçi-2” – “Araz Naxçıvan” – 2:1
Qol: Elşad Tağıyev, 43-pen. Fariz Xeyrullayev, 63 – Fərid Kərimzadə, 49.
“Səbail-2” – MOİK – 0:0
“Qaradağ Lökbatan” – “Mingəçevir” – 1:0
Qol: Ürfan İsmayılov, 56.