I Divizionun ilk dövrəsini 4 xal fərqi ilə lider kimi tamamlayan “Araz” heyətinə əl gəzdirməkdə davam edir.
Korner.az-ın məlumatına görə, bu dəfə Naxçıvan klubu “Karvan”ın hücumçusu Əziz Hüseynovu komandaya dəvət edib. Gənc futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yevlaxın uşaq futbol məktəbində futbolun sirlərini öyrənməyə başlayan Əziz Hüseynov sonradan “Karvan”ın əsas heyətinə dəvət edilib. Daha sonra “Qəbələ”yə yollanan Hüseynov, bir mövsümdən sonra yenidən doğulduğu şəhərə qayıdıb və mövsümün başlanğıcından “Araz”a transfer olunanadək əsas heyətdə əvəzedilmədən çıxış edib.
