“Araz Naxçıvan” klubu alqışa layiq addım atıb.
Korner.az-ın məlumatına görə, Naxçıvan təmsilçisi torpaqlarımızın işğalının ildönümünü unutmayıb. Klubun rəsmi saytında işğal olunmuş torpaqlarımız barədə geniş məlumat yerləşdirilib:
Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının ildönümüdür. Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.
Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
