“Nəqşicahan” Azad Azarkeş Klubudu, klubumuzdan heç bir dəstək almadan səfər oyunlarımızda bizə həmişə dəstək olublar. Sadiq azarkeşlərimizdilər. Biz onların bu qərarlarını da hörmətlə qarşılayırıq”.
Bu sözləri Korner.az-a açıqlamasında “Araz Naxçıvan”ın mətbuat katibi Ceyhun Məmmədov “Nəqşicahan” fan-klubunun komandanın “Lokomotiv”lə oyununu boykot etməsini şərh edərkən deyib.
Klub rəsmisi bildirib ki, azarkeşlərin narazılığından komandanın baş məşqçisi Əsgər Abdullayevin də xəbəri var: “Əsgər müəllim də istəyər ki, komanda böyük hesabla qalib gəlsin. Amma o nə etsin ki, futbolçularımız yaradılan 6-7 real qol vəziyyətindən 1-də fərqlənirlər. Məsələn, “Neftçala”yla oyunda 7-8 qol epizodu yaratdıq, ancaq alınmayanda alınmır. Futbolda bəxtin də payı böyükdü”.
C.Məmmədov fan-klubun qərarının klubda müzakirə olunacağını da istisna etmədi: “Nəqşicahan” Bakıda, biz isə Naxçıvanda məskunlaşdığımızdan, yalnız səfər oyunlarında görüşürük. Yəqin ki, onların bu qərarları klubda müzakirə ediləcək və görüşüb məsələni yoluna qoyacağıq”.
