“Araz-Naxçıvan”da yeni müqavilə – Rəsmi
14.04.2025 , 13:48

“Araz-Naxçıvan” müdafiəçisi İqor Ribeiro ilə müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunu ilə məşqçilər korpusunun etimadını qazanan braziliyalı mərkəz müdafiəçisi 2025/2026-ci il mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Qeyd edək ki, əsas heyətin daimi üzvü olan İ.Ribeiro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.
