“Araz-Naxçıvan”da yeni müqavilə
02.06.2025 , 10:30

“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Naxçıvan təmsilçisi Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə imzalayıb. Müdafiəçi 2025-2026-cı illər mövsümünü də “qırmızı-ağlar”ın heyətində keçirəcək.
