“Araz-Naxçıvan”da yeni müqavilə
29.05.2025 , 12:32

“Araz-Naxçıvan” futbolçusu Tərlan Əhmədli ilə müqavilənin müddəti uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiper daha 1 il “Araz-Naxçıvan”ın formasını geyinəcək. O, 2024-2025-ci illər mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalayıb.
